AUT.AZ

Pep deyir ki, onun çox çətin anları olacaq

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Erlinq Haland haqda danışıb.

Aut.az xəbər verir ki, ispan mütəxəssis “Goal.com”-a verdiyi açıqlamada norveçli hücumçunu mövsüm ərzində çətin anların gözlədyini bildirib:

“Erlinqin çox çətin anları olacaq və belə vaxtda o, öz-özünə deməlidir: “Eybi yoxdur, növbəti mərhələyə keç”. Onun xarakterinə, davranışına heyran qaldıq. Erlinqin hansı keyfiyyətlərə malik olduğunu bilirik, lakin onun çətin anları necə keçirəcəyini isə hələ bilmirik.

Erlinq heç vaxt oyundan kənarda qalmır. O, həmişə prosesin içindədir. Müəyyən qabiliyyətlərə sahibsinizsə və özünüzə inanırsınızsa, hər şey asanlaşır. Haland həmişə tətikdədir, o, lazımi anda, doğru yerdə olmağa hazır olduğunu açıq şəkildə ifadə edir”.

Aut.az

Exit mobile version