AUT.AZ

Maradona Kvaratsxeliya haqda danışdı

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın oğlu, kiçik Dieqo Armando Maradona “Napoli”nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya haqda fikirlərini bölüşüb. Aut.az xəbər verir ki, kiçik Maradona bildirib ki, atası sağ olsaydı, indiki “Napoli” ilə qürur duyardı:

“Xviça güclü futbolçudur. Özünü daha da təkmilləşdirmək üçün hər cür keyfiyyətə malikdir. Əminəm ki, daha da yaxşı olacaq.  Atam bu kollektivlə fəxr edər, sinəsini irəli verib gəzərdi. Mən buna tam əminəm. Onun, “Napoli”ni göydən sevinclə izlədiyi haqda sevinclə düşünürəm”.

Aut.az

Exit mobile version