AUT.AZ

“Liverpul” Fiqunu ələ salıb

“Qızıl top”un sahibi, məşhur portuqal futbolçu Luiş Fiqu vaxtilə “Liverpul”da oynaya bilərmiş. Amma onun bu komandaya keçidi baş tutmayıb. Aut.az xəbər verir ki, Fiqu bunun səbəbini belə izah edib:

“Liverpul”a getmək istəyirdim, bunu müzakirə etdik. Amma onlar məndən bir həftə gözləməyimi istədilər. Sonra başqa oyunçu ilə müqavilə bağladılar. Daha sonra dedilər: “Bir neçə gün də gözlə, bununla məşğul oluruq”. Və yenidən başqa bir oyunçu ilə müqavilə imzaladılar. Öz-özümə dedim: “Onlar məni ələ salırlar?”

Sonra üfüqdə “İnter” peyda oldu. Milana gəldim, klub prezidenti Massimo Moratti ilə görüşdüm və qərar verdim. “İnter”i sevirdim. Mənə də ancaq bu sevgi gərək idi”.

Xatırladaq ki, Fiqu 2005-2009-cu illərdə “İnter”də çıxış edib. Portuqaliyalı həm də “Sportinq”, “Real” və “Barselona”nın da formasını geyinib.

Aut.az

Exit mobile version