AUT.AZ

Hakim tapılmır – Təhdid və təhqirlərə görə

Almaniya futbolunda son 30 ildə hakimlərin sayı iki dəfə azalıb. Aut.az xəbər verir ki, “Deutsche Welle”-nin məlumatına görə, Almaniyada gənc hakimlərlə bağlı problem var. Buna səbəb isə azarkeşlərin aqressiv davranışı, təhdid və təhqirlərdir. Hakim Feliks Tsvayer problemin mahiyyətini belə şərh edib:

“1994-cü ildə karyerama başlayanda Almaniyada 80 minə yaxın hakim var idi. Bu gün onların sayı yarıbayarı azalıb. Əgər hər həftə sonu sosial şəbəkələrdə zərrə qədər də obyektivlik nümayiş etdirmədən hakimlərin işindən danışırlarsa, onları təhqir edirlərsə, gəncləri bu sahəyə necə cəlb edə bilərik? Gənclər belə münasibətə hazır deyillər”.

Başqa bir hakim – Bibian Ştaynhausun fikirləri isə belə olub:

“Bu vəziyyət təkcə Almaniyaya aid deyil. Peşənin cəlbediciliyini təmin etmək üçün futbol federasiyalarının böyük problemləri olacaq.Hakimləri bu cür təhqir edənlər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Küçədə belə hərəkət yolverilməzdirsə, internetdə eyni ifadələr niyə məqbul olmalıdır?”

 Aut.az

 

 

 

Exit mobile version