AUT.AZ

Droqba narazıdır – “Çelsi”nin yeni sahibindən

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba klubun amerikalı sahibi Todd Boulinin strategiyasında narazıdır. Bouli Roman Abramoviçdən klubu aldıqdan sonra xeyli kadr siyasəti aparıb. O, bir çox işçiləri, o cümlədən “Çelsi”ni Çempionlar Liqasının qalibi edən baş məşqçi Tomas Tuxeli işdən çıxarıb. Aut.az xəbər verir ki, Droqba “Canal+”-ə açıqlamasında narazılığını belə ifadə edib:

“Abramoviçin dövründə bu komandanın müəyyən formalaşmış dəyərləri vardı. Bu gün bunu görmürük. Onların, bu komanda üçün çox iş görmüş bəzi əməkdaşları, məsələn fizioterapevtləri işdən çıxartdıqlarını görmək ağırdır. “Çelsi” öz prinsip və dəyərlərinə qayıtmalıdır”.

“Çelsi” Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, lider “Arsenal”dan 8 xal geri qalır.

Aut.az

Exit mobile version