AUT.AZ

“Barsa”ya keçdiyi üçün azarkeşlərdən üzr istədi

“Atletiko”nun hücumçusu Antuan Qrizmann La Liqanın 9-cu turunda “Atletik”lə oyunda (1:0) qazanılan qələbəni şərh edib.

Aut.az xəbər verir ki, fransız, həmçinin 2019-cu ildə “Barselona”ya keçdiyi üçün Madrid klubunun azarkeşlərindən üzr istəyib:

“Bütün komanda inanılmaz iş gördü. Birlikdə qaçdıq, hücuma keçdik, komanda şəklində hərəkət etdik. Çox yaxşı oynadıq, amma sonda qalib gəlmək ən yaxşı hissdir. Xoşbəxtəm, çünki uşaqlarım qol vurub-vurmadığımı soruşacaqlar və mən “vurdum” cavabını verə bilərəm.

Sevinirəm ki, “Atletiko” ilə müqavilə bağladım və bu klubun tam hüquqlu oyunçusu oldum. Amma üzr istəmək istərdim. “Barsa”ya keçərkən azarkeşlərimizə yaşatdığım üzüntüyə görə üzr istəmək istəyirəm. Amma bunun ən uyğun yolu meydanda özümü ən yaxşı tərəfdən göstərməkdir. Biz düzgün yoldayıq”.

Aut.az

Exit mobile version