AUT.AZ

4 milyon alacaq – DÇ-də qalib gəlsələr

İngiltərə yığması Qətərdə keçiriləcək dünya çempionatında qalib gəlsə, baş məşqçi Qaret Sautqeyt böyük məbləğdə mükafat alacaq.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” yayıb. Nəşrin iddiasına görə, ingilislər ikinci dəfə dünya çempionu ola bilsələr, Qaret 4 milyon funt sterlinq bonusa sahib çıxacaq.

İngiltərə yığması DÇ-in final mərhələsinə vəsiqə qazandıqdan sonra Sautqeyt 500 min funt bonus almışdı. Futbolçular üçün nə qədər mükafat ayrıldığı haqda məlumat verilməyib.

Qeyd edək ki, İngiltərə yığması cəmisi bir dəfə – 1966-cı ildə dünya çempionu olub.

Aut.az

Exit mobile version