AUT.AZ

Yenə həbs edildi

“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud yenə həbs olunub.

Aut.az “The Sun”a istinadən xəbər verir ki, Qrinvud zorlama, hücum və ölümlə hədələməkdə şübhəli bilinərək həbs edilmişdi. 21 yaşlı hücumçu yanvar ayında sevgilisi Harriet Robsonun paylaşdığı foto və videoların internetdə yayılmasından sonra saxlanılmış, sonra isə girov müqabilində azadlığa buraxılmışdı. Ondan sonra bu qərar iki dəfə uzadılıb.

Ehtimal olunur ki, Qrinvud girov şərtlərini pozduğu üçün yenidən həbs edilib. Hücumçu sonuncu dəfə 22 yanvar 2022-ci ildə meydana çıxıb. O, ümumilikdə Premyer Liqada “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə verib.

Aut.az

Exit mobile version