AUT.AZ

Xüsusi qrup polisləri maarifləndirəcək

FİFA İndoneziya Futbol Federasiyası ilə birgə layihə həyata keçirəcək. Aut.az xəbər verir ki, layihənin məqsədi polisləri maarifləndirməkdir. FİFA yerli polislərin oyunlar zamanı  stadionlarda işləməsini təkmilləşdirmək üçün xüsusi qrup yaradıb.

Xüsusi qrupun yaradılması 2023-cü ildə İndoneziyada gənclər arasında dünya çempionatının keçirilməsi ilə əlaqədardır. FİFA prezidenti Canni İnfantino yerli federasiya ilə əməkdaşlığı rəsmiləşdirmək üçün tezliklə İndoneziyaya səfər edəcək.

Qeyd edək ki, bu yaxınlarda İndoneziyada keçirilən futbol qarşılaşması zamanı yaranan xaosda 174 nəfər ölüb.

Aut.az

Exit mobile version