AUT.AZ

Tanıdığı 2 gey futbolçuya müraciət etdi ki…  

İngiltərə yığmasının sabiq hücumçusu Qari Lineker Premyer Liqada 2 gey futbolçu tanıdığını bildirib. Aut.az xəbər verir ki, Lineker onlara müraciət edərək deyib ki, Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində gey olduqlarını etiraf etsinlər. Onun fikrincə, həmin futbolçular gey olduqlarını desələr, dünyaya geniş mesaj vermiş olarlar:

“Dünya çempionatı zamanı onlardan birinin və ya hər ikisinin etirafı heyrətamiz olardı.

Dəqiq bilirəm ki, bəzi insanlar bunu etməyə çox yaxın idilər, bu barədə fikirləşirdilər. Bir-iki futbolçu var ki, onları tanıyıram, amma kim olduğunu söyləmək, təbii ki, mənə aid deyil”.

Lineker onların indiyə qədər bunu niyə etiraf etmədiklərini isə belə şərh edib:

“Qorxu. Məncə, bilinməyən qorxu. Yəqin ki, onlar komanda yoldaşlarının nə düşünə biləcəyindən narahatdırlar, amma ola bilsin ki, onlar artıq bilirlər. Hətta belə bir vəziyyətin olması da ağlasığmazdır”.

Aut.az

Exit mobile version