AUT.AZ

Sadıqovun oğlu “Ximki”nin start heyətində meydana çıxdı

Rusiya çempionatının 13-cü turunda “Fakel”lə qarşılaşan “Ximki”nin futbolçu İlya Sadıqov start heyətində meydana çıxıb.

Aut.az xəbər verir ki, İlya Sadıqov klubun sahibi Tufan Sadıqovun oğludur. Sadıqov Tufan Allahverdi oğlu  azərbaycanlıdır və Rusiyada biznes sferasının tanınmış simalarındandır.

21 yaşlı İlya Sadıqov avqustdan bəri ilk dəfə start heyətində meydana çıxıb. “Ximki” çempionatda uğursuz çıxış edir. Rusiya mətbuatının iddialarına görə, baş məşqçi Spartak Qoqniyev istefaya göndərilə bilər. “Ximki” Qoqniyevin rəhbərliyi altında keçirdiyi 7 oyunun 6-da məğlub olub, 1 oyunda isə heç-heçə edib.

Qeyd edək ki, həmyerlimiz  Nazim Süleymanov “Ximki”nin U-19 komandasının baş məşqçisidir.

Aut.az

Exit mobile version