AUT.AZ

Rəşad Sadıqov üçün ciddi imtahan

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Şamaxı” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Hər iki qolun fasilədən sonra vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.

Turun bu gün keçiriləcək oyunlarından birində “Turan Tovuz” “Səbail”i qəbul edəcək.

10-cu turun mərkəzi oyunu olan “Sabah” – “Zirə” matçı da bu gün keçiriləcək. Hər iki komanda yüksək yerlər uğrunda mübarizə aparır. Bu qarşılaşma Rəşad Sadıqov – Murad Musayev qarşıdurması baxımından da maraq kəsb edir. Məşqçi potensialını müəyyənləşdirmək baxımından bu oyunu Sadıqov üçün ciddi imtahan saymaq olar.

“Neftçi” bu tur Gəncəyə səfər edəcək.

Lider “Qarabağ” isə doğma meydanda “Sumqayıt”la qarşılaşacaq.

Azərbaycan Premyer Liqası, 10-cu tur

14 oktyabr

Şamaxı – Qəbələ 1:1
Qol: Kamran Quliyev, 75 – Adil Nağıyev, 60-avtoqol.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 70. Bahadur Həziyev, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

15 oktyabr

15:00 Turan Tovuz – Səbail
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
Tovuz şəhər stadionu

17:30 Sabah – Zirə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
“Bank Respublika Arena”

16 oktyabr

15:00 Kəpəz – Neftçi
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu

17:30 Qarabağ – Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
“Azersun Arena”

 

Exit mobile version