AUT.AZ

“Qul alverçiləri”ni salamlamırlar – Foto

Generated by IJG JPEG Library

Portuqaliyanın “Braqa” klubunun azarkeşləri PSJ-nin sahibi olan “Qatar Sports Investments” (QSI) tərəfindən komandanın səhmlərinin 21,67%-in almasına reaksiya verib.

Aut.az xəbər verir ki, azarkeşlər etirazlarını Avropa Liqasının qrup mərhələsində “Sent-Jilluaz”la keçirilən oyunda bildiriblər.  Onlar həmin qarşılaşmada banner açıblar. Bannerdə belə yazılıb:

“Qətərdən olan qul alverçilərini salamlamırıq”.

Oktyabrın 10-da “Braqa” komandanın səhmlərinin bir hissəsinin satıldığını elan etdi. Bildirilib ki, yeni investorun gəlişi “Braqa”nın rəhbərliyində dəyişikliklərə səbəb olmayacaq və direktorlar şurasına qərarların qəbulunda tam müstəqillik veriləcək.

Aut.az

 

Exit mobile version