AUT.AZ

Onları satmağa məcburdurlar

“Barselona” qış transfer pəncərəsində müdafiəçilər Xerard Pike və Xordi Alba, eləcə də yarımmüdafiəçi Frenki de Yonqla yolları ayırmağı planlaşdırır.

Aut.az xəbər verir ki, komanda bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməsə, rəhbərlik maaş fondunu azaltmaq üçün tədbirlər görməyə məcbur olacaq.

Pike və Alba start heyətində yerlərini itirən futbolçular arasında ən yüksək məvacib alanlardır. Ona görə də, onların satılması prioritet olacaq.

Frenki de Yonq yayda ispan klubunu tərk edə bilərdi, lakin hollandiyalı “Mançester Yunayted”ə keçmək istəmədi. Yarımmüdafiəçinin qışda keçidə hazır olacağı gözlənilir. “Barselona” De Yonqu yüksək təzminat ala biləcəkləri azsaylı futbolçulardan biri kimi gördüyü üçün onu satmaq istəyir.

Jerar Pike bu mövsüm İspaniya La Liqasında 6 oyuna çıxıb. Alba İspaniya çempionatında “qol+ötürmə” sistemində bir xal belə qazanmadan 5 görüş keçirib. Frenki de Yonq 7 matçda bir qol vurub.

Aut.az

 

Exit mobile version