AUT.AZ

Norveçlilər də boykot edəcəklər – Ruslar qayıtsa

Norveçli xizəkçilər Raqnhil Haqa, Anna Svensen və Ane Appelkvist Stenset rusiyalı idmançılara görə isveçli həmkarlarını dəstəkləyəcəklər.

Aut.az xəbər verir ki, isveçli xizəkçilər Rusiya idmançılarının yarışa buraxılacağı təqdirdə, turniri boykot edəcəklərini bildiriblər. Norveç idmançısı Haqa İsveç televiziyasına bunları deyib:

“Mən, yarışmadan sonra mütləq “Putini müdafiə edirəm” deyəcək Stepanova ilə çiyin-çiyinə oturmaq istəmirəm. Biz ən güclülərlə rəqabət aparmaq istəyirik, amma bu qiymətə yox”.

Xatırladaq ki, FIS Rusiya və Belarus idmançılarının yarışlara buraxılmasına icazə verib. Daha sonra BOK rəhbəri Tomas Bax bildirib ki, Rusiyanın Ukraynaya hücumunu dəstəkləməyən rusiyalı idmançılara güzəşt edilməlidir.

Aut.az

Exit mobile version