AUT.AZ

Kabab və şərab – Halandın bəyəndikləri  

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə mətbuatına müsahibə verib. Aut.az xəbər verir ki, Erlinq müsahibə zamanı sevimli yeməyi və içkisi haqda da sualları cavablandırıb. O, kababı çox sevdiyini bildirib:

– Ən çox sevdiyiniz qrup hansıdır?

– Mən onlarla artıq görüşmüşəm – “Oazis”.

– Sevdiyin yemək hansıdır? Ümumiyyətlə nə yeyirsən?

– Sevimli yemək, yəqin ki, heç vaxt yemədiyimiz yeməkdir. Kabab və kabab-pizza xoşlayıram. Onları sevirəm. Amma yeyə bilmirəm. Evdə oturub fikirləşirəm: “Olsaydı, yeyərdim”. Sonra soyuducuya gedib başqa bir şey götürürəm. Budur mənim həyatım.

– Ən çox sevdiyiniz içki hansıdır?

– Alkoqollu, ya alkoqolsuz? Yaxşı, şərabı çox sevirəm, yalan danışmıram.

– Deməli, kabab, pizza və şərab…

– Yox, yox, bu o qədər də tövsiyə olunacaq qida deyil.

Aut.az

 

Exit mobile version