AUT.AZ

Kərim İngiltərədə?  

“Real”ın futbolçusu Kərim Benzema karyerasını “Mançester Yunayted”də davam etdirə bilər. Aut.az xəbər verir ki, bu iddianı “El Nacional” irəli sürüb. Məlumata görə, fransalı hücumçu “Real”la müqaviləni uzatmaq niyyətindədir.

Lakin yeni müqavilə imzalaya bilməsə, İngiltərə klubuna keçmək variantını nəzərdən keçirməyə hazırdır. Benzema 2009-cu ilin iyulundan “Real”da çıxış edir.

O, “kral klubu”nun heyətində 614 oyuna çıxıb, 327 qol vurub və 160 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version