AUT.AZ

Hüquqşünaslar sorğu göndərdilər – “Siti”nin sahibi ilə bağlı

Ukraynalı fəalların adından çıxış edən britaniyalı hüquqşünaslar “Mançester Siti”nin sahibləri ilə bağlı araşdırma aparılıb-aparılmadığını öyrənmək üçün sorğu göndəriblər

Aut.az “The Guardian”a istinadən xəbər verir ki, Şeyx Mansur rusiyalı oliqarxlara sanksiyalardan yayınmaqda kömək etməkdə ittiham olunur. Hüquqşünasların Premyer Liqa rəhbərliyinə göndərdikləri məktubda deyilir:

“Sizdən xahiş edirik ki, Şeyx Mansurun futbol klubunun sahibi və ya prezidenti vəzifəsinə uyğun gəlib-gəlmədiyini aydınlaşdırmaq üçün apardığınız hər hansı bir araşdırma ilə bağlı bizə məlumat verəsiniz”.

Şeyx Mənsurun BƏƏ-dəki ofisi sorğuya cavab verməyib. “Mançester Siti” və Premyer Liqa təmsilçiləri şərh verməkdən imtina ediblər. FA-dan isə bildiriblər ki, bu araşdırmanı aparmaq liqanın səlahiyyətindədir.

Aut.az

Exit mobile version