AUT.AZ

Haland həyatını Balotelliyə etibar edərdi, kimsəsiz adaya isə…

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Britaniya mətbuatının bir sıra suallarını cavablandırıb.

Aut.az xəbər verir ki,  norveçli futbolçu “həyatını kimə etibar edərdin” sualına cavabında Mario Balotellinin adını çəkib. O, fikrini belə əsaslandırıb:

“Həyatımı kimə etibar edərdim? Mario Balotelliyə. Çünki o, indiyə qədər gördüyüm ən yaxşıdır. O, həqiqətən yaxşı oğlandır. Ona görə də həyatımı ona etibar edərdim”.

Haland “kimsəsiz adaya özünüzlə kimi aparardınız” sualına isə belə cavab verib:

“Kevin De Bröyneni. Orada da mənə əla ötürmələr verərdi. Valideynlərimi də aparardım. Mənə qayğı göstərib əla  Norveç yeməkləri bişirsinlər deyə”.

Aut.az

Exit mobile version