AUT.AZ

 Ferqyusonun tənbehi onu dünya ulduzu edib – Evra deyir

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evra “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Aleks Ferqyusonun Kriştiano Ronaldonu necə motivasiya etdiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Evra bukmeker kontorlarından birinə verdiyi açıqlamada bildirib ki, Ferqyusonun tənbehi Ronaldonu dünya ulduz edib:

“Yadımdadır, bir dəfə Ferqyuson onu məhv etdi. Məncə, “Çelsi” ilə oynadıq, Ronaldo həmin gün yaxşı təsir bağışlamadı. Ferqyuson ona dedi: “Bolton və ya “Blekbern”ə qarşı het-trik etmək asandır, bəs böyük oyunlar?” Çətin an idi. Bundan sonra birdən-birə Kriştiano böyük oyunlarda qol vurmağa başladı, sonra tam fərqli futbolçu oldu”.

Evra deyir ki, Ferqyuson Ronaldoya xəbərdarlıq edib ki, qol vurmasa, onun göstərdiyi fintlər əhəmiyyətsizdir:

“Ser Aleks ona dedi ki, sən cinah oyunçusu yox, hücumçusan.  Və belə bacarıqla hər oyunda 2-3 qol vurmalısan. Üstəlik, bildirdi ki, sənin fintlərin məni maraqlandırmır, bunu unut, sənə qol vurmaq lazımdır”.

Aut.az

 

Exit mobile version