AUT.AZ

Daha bir manipulyasiya – Ronaldo “Barsa”da

Avropa mətbuatı dünya futbolunun ulduzları ilə bağlı elə manipulyasiyalar edirlər ki. Əslində buna oxucunu ələ salmaq da demək olar. “Mançester Yunayted”in oyunçusu Kriştiano Ronaldo ətrafında baş verənlər də bunun sübutudur. Ronaldonu az qala dünyanın bütün klublarına göndəriblər. Səhər “Ronaldo ABŞ-da”, günorta “Kriştiano Yaponiyada”, axşam isə “Kriş “Barselona”da yazırlar. Gün ərzində özləri özlərini dəfələrlə təkzib edirlər. Aut.az xəbər verir ki, növbəti manipulyasiya da “The Sun” nəşrindən gəlib.

Nəşr iddia edir ki, Kriştiano Ronaldo “Barselona”ya keçə bilər. Guya “etibarlı mənbə” məlumat verib ki, futbolçunun nümayəndəsi Xorxe Mendeş Mançesterdəki restoranlardan birində “Barselona” rəhbərliyi ilə görüşüb. Sonra da əlavə edirlər ki, Mendeş həm də “Mançester Siti”nin futbolçusu Bernardo Silvanın agentidir və görüşdə “şəhərlilər”in oyunçusunun transferi ilə bağlı danışıqlar da aparıla bilər. Yəni oxucu cəlb etmək variantı, ya da oxucunu ələ salmaq.

Aut.az

 

Exit mobile version