AUT.AZ

“Siti”yə keçsəydi, o da eyni şeyi edərdi

“Nyukasl”ın və “Blekbern”in sabiq hücumçusu Alan Şirer “Mançester Siti”nin hücumçusu Erlinq Haland və “Tottenhem”in kapitanı Harri Keynin oyunlarını şərh edib.

Aut.az xəbər verir ki, Şirer Halandı tərifləyib, amma iddia edib ki, Harri “Siti”də oynasaydı, o da eyni məhsuldarlığı göstərərdi:

“Haland çox yaxşıdır. O, Premyer Liqada cəmi 9 oyun keçirib və artıq 3-ü het-trik olmaqla 15 qol vurub. O, təkbaşına “Çelsi” və “Mançester Yunayted” də daxil olmaqla 13 liqa komandasından çox qol vurub. Daha 5 Çempionlar Liqası qolu əlavə edin və düşünürəm ki, onun “Mançester Siti”dəki karyerasının çox yaxşı başladığı ilə razılaşa bilərsiniz.

Amma hər şey başqa cür də ola bilərdi, əgər Qvardiola keçən mövsüm istədiyini edə bilsəydi. Əgər “Siti” o vaxt Keyni alsaydı, Haland üçün yer olmaya bilərdi. Əminəm ki, Harri də “Siti”də Haland qədər qol vurardı.  Bu, hər bir hücumçunun xəyal etdiyi klubdur. Əvvəllər də demişəm ki, bu komandanın bombardiri 40 qol vurmalıdır. Əgər Haland zədələnməsə, bu həddə çatacaq, hətta onu da keçəcək. Amma Keynin statistikası da deyir ki, o da eyni şeyi edə bilərdi”.

Aut.az

Exit mobile version