AUT.AZ

“Real”la oyuna xüsusi formada çıxacaqlar – Dreykin şərəfinə

“Barselona” “El klasiko”da xüsusi forma ilə oynayacaq. Aut.az xəbər verir ki, forma kanadalı müğənni Dreyk Frensisin şərəfinə hazırlanıb.

Reper Barselonanın baş sponsoru olan “Spotify” servisində mahnıları 50 milyard dinlənilən ilk sənətçi olub. “El klasiko”da “Barsa”nın oyunçularının köynəklərində Dreykin OVO etiketinin simvolu sayılan bayquş olacaq.

Dreyk sosial media hesabında məsələyə münasibət bildirib:

“Spotify”-da 50 milyard yayımı olan ilk sənətçi olmağı qeyd etmək üçün “Barselona” bazar günü “El klasiko”da OVO bayquşu nümayiş etdirəcək. Bu, real görünmür, amma belədir”.

Aut.az

Exit mobile version