AUT.AZ

“Real” müqaviləni uzatdı – İldə 80 milyon qazanacaq

“Real” və “Emirates” əməkdaşlıq müqaviləsini uzadıb. Aut.az xəbər verir ki, “kral klubu”ilə Birləşmiş Ərəb Əmirliklərinin aviaşirkəti arasında yeni müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub.

Müqavilənin məbləği hər mövsüm üçün təqribən 70 milyon avro təşkil edir, baxmayaraq ki, komandanın idman göstəricilərindən asılı olaraq bu, ildə 80 milyona qədər arta bilər.

Tərəflər arasında əməkdaşlıq 2011-ci ildən başlayıb. 2013-cü ildə “Emirates” brendi “Real”ın baş sponsoru olub.

Aut.az

Exit mobile version