AUT.AZ

“Qəbələ” “qonşu qonaqlığı”nda?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olacaq. “Şamaxı” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək.

Turun sabah keçiriləcək oyunlarından birində “Turan Tovuz” “Səbail”i qəbul edəcək.

10-cu turun mərkəzi oyunu olan “Sabah” – “Zirə” matçı da sabah keçiriləcək. Hər iki komanda yüksək yerlər uğrunda mübarizə aparır.

“Neftçi” bu tur Gəncəyə səfər edəcək.

Lider “Qarabağ” isə doğma meydanda “Sumqayıt”la qarşılaşacaq.

Azərbaycan Premyer Liqası, 10-cu tur

14 oktyabr

15:00 Şamaxı – Qəbələ
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu

15 oktyabr

15:00 Turan Tovuz – Səbail
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
Tovuz şəhər stadionu

17:30 Sabah – Zirə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
“Bank Respublika Arena”

16 oktyabr

15:00 Kəpəz – Neftçi
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu

17:30 Qarabağ – Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
“Azersun Arena”

Exit mobile version