AUT.AZ

Oyunçularla da münasibəti pozulub

Kilian Mbappe ilə bağlı söz-söhbət səngimir. Fransa mətbuatı mütəmadi olaraq onun rəhbərliklə gərgin münasibətləri haqda yazır.

Aut.az xəbər verir ki, artıq Kilianın komanda yoldaşları ilə münasibətlərinin də qaydasında olmadığı bildirilir.

“L’Équipe” iddia edir ki, futbolçu PSJ ilə müqaviləni uzadandan sonra xeyli dəyişib. Bəzi oyunçular onun belə davranış və statusundan narazıdırlar. Narazı futbolçuların Əşrəf Hakimi, Uqo Ekitike, Nordi Mukuele və Presnel Kimpembe olduğu bildirilir.

Qeyd edək ki, Mbappenin, klub rəhbərliyinin verdiyi vədi yerinə yetirmədiyini əsas gətirərək, komandadan ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.

Aut.az

 

Exit mobile version