AUT.AZ

“Olimpiakos”un futbolçusu bir xala elə sevinir ki…

“Qarabağ”la oyunda start heyətində yer alacağımı gözləmirdim”.

Aut.az xəbər verir ki, bu sözləri “Olimpiakos”un gənc futbolçusu Andreas-Rixardos Ntoi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirdikləri 4-cü tur oyunu barədə danışarkən deyib. O bildirib ki, Bakıdakı matçda meydana çıxması qəfil alınıb:

“Bakıda oynamağım qəfil alındı. Mən də gücümün yüz faizini ortaya qoydum. Fikrimcə, dəyərli bir xal qazandıq. Komandada ulduz futbolçular var ki, onlar mənə əlavə motivasiya verir, çox kömək edirlər. Dayaq yarımmüdafiəçisi olduğumdan, müdafiənin mərkəzində çıxış etmək problem deyildi. Topu hara ötürəcəyim barədə düşünmək üçün yerim və vaxtım olur. İndi bütün diqqətimizi çempionatda qarşıdakı matça yönəltməliyik”.

G qrupunda 4 turdan sonra “Qarabağ” 7 xalla ikinci, “Olimpiakos” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Exit mobile version