AUT.AZ

Maşallah Əhmədov da AFFA-nı ittiham etdi – Video

“Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədov ARB24 kanalında yayımlanan “Oyundankənar” verilişinin qonağı olub. Aut.az xəbər verir ki, o, proqram zamanı bir sıra vacib məsələlərə toxunub. Milli komandanın AFFA rəhbərliyi tərəfindən düzgün idarə edilmədiyini bildirən Əhmədov yığmanın baş məşqçisi Canni De Byazinin futbolumuza lazım olmadığını söyləyib.

Mütəxəssis, Hakimlər Komitəsinin keçmiş rəhbəri Frits Ştuxlik barədə də sərt fikirlər bildirib. Maşallah Əhmədov “Kəpəz” klubunda yaşananlara  da biganə qalmayıb. Veteran futbolçu qərb təmsilçisinin rəhbərliyinin fəaliyyətindən narazılığını bildirib.

Exit mobile version