AUT.AZ

Klopp onu ələ salıb – Bu da başa düşməyib

Ditmar Hamann “Liverpul”un baş məşqçisi Yurgen Kloppla söz atışmasını davam etdirib.

Aut.az xəbər verir ki, “qırmızılar”ın sabiq yarımmüdafiəçisi daha əvvəl bildirmişdi ki, “Liverpul”da Yurgen Klopp dövrünün sonu yaxınlaşır. Klopp isə cavabında onu az qala ələ salmışdı:

 “Möhtəşəm mənbə! Hamı tərəfindən və hər yerdə hörmətlə qarşılanır”.

Bundan sonra Hamann “Bild” nəşrinə açıqlamasında belə deyib:

“Aydındır ki, hazırda “Liverpul” problem yaşayır. Klopp hər şeyi başqa cür görə bilər. Boş danışdığımı düşünürsə, deməlidir. Başqa fikirlərə hörmət etməlisiniz. Düzü, onun nə demək istədiyini başa düşmədim”.

Aut.az

Exit mobile version