AUT.AZ

Gey futbolçu: “Qətər, FİFA, bütün dünya baxır, bizi görürsünüz?”

Avstraliyanın “Adelaid Yunayted” klubunun müdafiəçisi Coş Kavallo dünya çempionatı zamanı LGBT icmasının üzvlərinə göstəriləcək münasibət haqda danışıb.

Aut.az xəbər verir ki, gey olduğunu etiraf edən Kavallo bildirib ki, mundiala ev sahibliyi etməsi Qətərin üzərinə böyük məsuliyyət qoyur:

“And içirəm ki, Qətərdə keçiriləcək dünya çempionatı zamanı istədikləri kimi yaşaya bilməyən LGBT üzvlərini müdafiə edəcəyəm. Qətər, FİFA, bütün dünya baxır, bizi görürsünüz? Mən idman funksionerlərini dünya çempionatlarına və digər yarışlara ev sahibliyi edəcək ölkələri seçərkən hüquqlarımızı və təhlükəsizliyimizi nəzərə almağa çağırıram. Biz daha yaxşı işləməliyik”.

Kavallo hələ Avstraliya millisinə çağırılmayıb, lakin bildirib ki,  eynicinslilərin münasibətlərinin cinayət sayıldığı Qətərə getməkdən qorxur.

Aut.az

Exit mobile version