AUT.AZ

De Xeanı heyrətləndirən qapıçı

“Mançester Yunayted”in qapıçısı David De Xea Avropa Liqasında “Omoniya” ilə oyundan sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, De Xea “Omoniya”nın qapıçısı Fransiya Uzohonun oyununu da dəyərləndirib:

“Düşünürəm ki, o, möhtəşəm oyun keçirdi. Səkkiz-on əla seyv etdi, amma sonda qol vurduq. Onun əvvəllər İspaniya La Liqasında oynadığını bilirəm. Heyrətamiz oyun keçirdi və biz də onu təbrik edirik”.

Qeyd edək ki, qarşılaşma “Mançester Yunayted”in qələbəsi ilə başa çatıb – 1:0.

Aut.az

 

 

Exit mobile version