AUT.AZ

“Barsa”ya qurşaqdan aşağı zərbə vurublar – ÇL-də

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun Çempionlar Liqası və La Liqadakı çıxışını dəyərləndirib.

Aut.az xəbər verir ki, Laporta hazırda bütün diqqətlərini La Liqaya yönəltdiklərini deyib:

“Çempionlar Liqasında bizə qurşaqdan aşağı zərbə vurdular. İndi bütün diqqətimizi La Liqaya yönəltmişik. Xavi gözəl insandır, onunla daim əlaqə saxlayırıq. “İnter”lə heç-heçədən sonra çox məyus idi”.

“Barsa” Çempionlar Liqasında 4 turdan sonra C qrupunda üçüncü pillədə qərarlaşıb. Xavinin yetirmələri 4 xal toplayıb. “İnter” 7 xalla ikinci, “Bavariya” isə 12 xalla liderdir.

Aut.az 

Exit mobile version