AUT.AZ

300 milyon avrodan çox zərər

PSJ-də klubun maliyyə vəziyyəti ilə bağlı təhlil aparılıb.

Aut.az xəbər verir ki, təhlilin nəticəsi məyusedici olub. “Le Parisien”in iddia edir ki, ötən mövsümün sonunda Paris klubunun itkisi 300 milyon avrodan çox olub (bəzi hesablamalara görə, dəqiq rəqəm, təxminən 350 milyon avrodur). Bu da rəhbərliyin ilkin proqnozlarını üstələyir.

Böyük itkinin səbəbləri xeyli oyunçunun yüksək maaş müqavilələrinə sahib olması və COVID-19 pandemiyasının davamlı təsirinin hələ də hiss edilməsidir. Bu yay icarəyə verilən  və ya satılan oyunçulardan cəmisi 55 milyon avro qazanc götürülüb.

Qeyd edək ki, 2019/2020 mövsümünün sonunda PSJ təxminən 124 milyon avro, 2020/2021 mövsümündə isə 224 milyon avro itirib. Cari mövsüm üçün 800 milyon avro büdcə planlaşdırılıb.  Bu məbləği aşmasalar, ötən mövsümün itkilərini kompensasiya edə biləcəklər.

Aut.az

Exit mobile version