AUT.AZ

Yenə də məşqə çıxmadı, “El klasiko”da olmayacaq

“Real”ın qapıçısı Tibo Kurtua oktyabrın 13-də də komanda ilə məşq etməyib.

Aut.az xəbər verir ki, “Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti qapıçının cümə axşamı məşqlərə başlayacağını bildirmişdi.

Qapıçı məşqə çıxmayınca, İspaniya mətbuatı onun “Barselona” ilə qarşılaşmada oynamayacağını iddia edib.

Görünür, Kurtuanın bərpa prosesi gözləniləndən uzun çəkəcək. Qeyd edək ki, “El klasiko” oktyabrın 16-da Madriddə keçiriləcək.

Aut.az

Exit mobile version