AUT.AZ

Tuxel İngiltərə yığmasında?

“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel İngiltərə yığmasını çalışdıra bilər. Aut.az xəbər verir ki, bu iddianı Almaniya mətbuatı yayıb.

İddia olunur ki, Tuxel dünya çempionatından sonra İngiltərə yığmasında işə başlayacaq. Mütəxəssislə federasiya nümayəndələri arasında müzakirənin olduğu da bildirilir.

Xatırladaq ki, Tuxel əvvəllər “Maynts”, “Borussiya”, PSJ və “Çelsi”də çalışıb. “Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Zaqreb “Dinamo”suna uduzduqdan (0:1) sonra istefaya göndərilib.

Aut.az

Exit mobile version