AUT.AZ

Qonsalesin etirafı: “Qarabağ”la oyunda dominantlıq etmək asan deyil

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis 0:0 hesabı ilə bitən oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

-Nəticədən razı qaldınız?

-Oyunçularımı təbrik edirəm. Onlar üçün belə gərgin vəziyyətdə mübarizə aparmaq asan olmadı. Gələcəyə ümidlə baxırıq.

-Afinaya 2 zədəli futbolçu ilə qayıdırsınız…

-Bizim durumu görürsünüz. Vəziyyət budur. Çalışacağıq ki, bu durumdan çıxaq.

-Bakıdan necə xatirələrlə qayıdırsınız?

-Rəqib komanda olsa belə, stadionu dolu görəndə zövq alıram. Azarkeşlər də bütün oyun ərzində “Qarabağ”a dəstək verdilər. Bu, əladır.

– “Qarabağ” sizi nə ilə təəccübləndirdi?

İlk oyunda nəticə bizim üçün amansız oldu. Çünki oyunun əsas hissəsində topa sahib olduq, dominantlıq etdik. Lakin hər səhvdə qapımızda qol gördük. “Qarabağ” hücumda yaxşı olan komandadır. Onlardan topu almaq və dominantlıq etmək asan deyil.

Exit mobile version