AUT.AZ

“Qarabağ” “Olimpiakos”u “oyundankənar vəziyyət”ə salacaq?

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Aut.Az xəbər verir ki, ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi “Qarabağ”  “Olimpiakos”u qəbul edəcək. “Köhlən atlar” bu qarşılaşmada qalib gəlsələr, qrupda ən azı 3-cü pilləni təmin etmiş olacaqlar. Türkiyə təmsilçilərindən “Fənərbağça” Kiprdə AEK (Larnaka) komandasının qonağı olacaq. İstanbul təmsilçisi qələbə sayəsində ilk iki pillədən birini təmin edəcək. B qrupunun digər matçında Fransa “Renn”i Ukraynanın “Dinamo” (Kiyev) kollektivi ilə üz-üzə gələcək.

Qonşu ölkənin digər komandası “Trabzonspor” Fransa “Monako”sunu qəbul edəcək. H qrupunun digər matçında Serbiyanın “Srvena Zvezda” klubu Macarıstan “Ferentsvaroş”u ilə görüşəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
13 oktyabr

A qrupu

20:45. “Budö Qlimt” (Norveç) – “Arsenal” (İngiltərə)
23:00. PSV (Niderland) – “Sürix” (İsveçrə)
Xal durumu: “Arsenal” – 6, “Budö Qlimt” – 4, PSV – 4, “Sürix” – 0

B qrupu

20:45. AEK (Larnaka, Kipr) – “Fənərbaxça” (Türkiyə)
20:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Renn” (Fransa)
Xal durumu: “Fənərbaxça” – 7, “Renn” – 7, AEK – 3, “Dinamo” – 0

C qrupu

20:45. “Betis” (İspaniya) – “Roma” (İtaliya)
23:00. “Lüdoqorets” (Bolqarıstan) – HİK (Finlandiya)
Xal durumu: “Betis” – 9, “Lüdoqorets” – 4, “Roma” – 3, HİK – 1

D qrupu

20:45. “Yunion” (Belçika) – “Braqa” (Portuqaliya)
23:00. “Yunion” (Berlin, Almaniya) – “Malmö”
Xal durumu: “Yunion” – 9, “Braqa” – 6, “Yunion” (Berlin) – 3, “Malmö” – 0

E qrupu

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Omoniya” (Kipr)
23:00. “Real Sosyedad” (İspaniya) – “Şerif” (Moldova)
Xal durumu: “Real Sosyedad” – 6, “Mançester Yunayted” – 3, “Şerif” – 3, “Omoniya” – 0

F qrupu

20:45. “Feyenoord” (Niderland) – “Midtüllan” (Danimarka)
23:00. “Latsio” (İtaliya) – “Şturm” (Avstriya)
Xal durumu: “Feyenoord” – 4, “Midtüllan” – 4, “Latsio” – 4, “Şturm” – 4

G qrupu

20:45. “Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
20:45. “Nant” (Fransa) – “Frayburq” (Almaniya)
Xal durumu: “Frayburq” – 9, “Qarabağ” – 6, “Nant” – 3, “Olimpiakos” – 0

H qrupu

20:45. “Ferentsvaroş” (Macarıstan) – “Srvena Zvezda” (Serbiya)
20:45. “Trabzonspor” (Türkiyə) – “Monako” (Fransa)
Xal durumu: “Ferentsvaroş” – 6, “Trabzonspor” – 3, “Monako” – 3, “Srvena Zvezda” – 0

 

Exit mobile version