AUT.AZ

“Olimpiakos”un futbolçusu öldü

Yunanıstanda gənc futbolçu dünyasını dəyişib. Aut.az xəbər verir ki, “Olimpiakos Savalion”un 19 yaşlı futbolçusu Antonis Bordokas səhər saatlarında anası tərəfindən evdə huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə təcili yardım çağırılsa da, onu həyata qaytarmaq mümkün olmayıb. Bordokasın dünən məşqdən döndükdən sonra erkən yatdığı bildirilir.

“Olimpiakos Savalion” futbolçusunun vəfatı ilə bağlı bəyanat yayıb:

“Olimpiakos Savalion” vaxtsız ölümünə görə Antonis Bordokasın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. 2014-cü ildən akademiyamızda futbola başlayan o kiçik uşaq tez bir zamanda əsas komandanın üzvü olmağı bacardı. O, hər bir hərəkətində təkcə futbol bacarığı ilə deyil, həm də ona xas olan əxlaqı və xeyirxahlığı ilə seçilirdi. Antonisin itkisi bütün futbol ictimaiyyətini kədərə boğdu. Antonis, bizdən tez ayrıldın…Rahat uyu…”

Exit mobile version