AUT.AZ

Mükafatlandırma mərasiminə o halda gələcək ki…

PSJ-in hücumçusu Kilian Mbappe “Qızıl top”un mükafatlandırma mərasimində iştirak etməyə bilər.

Aut.az xəbər verir ki, Kilian, adının ilk “üçlük”də olacağı təqdirdə mərasimə qatılacağını bildirib. Bu iddianı hücumçunun yaxın ətrafına istinadən “Le Parisien” yayıb.

“Qızıl top”a əsas namizəd “Real”ın hücumçusu Kərim Benzemadır. Mənbənin sözlərinə görə, Mbappenin mərasimdə iştirakdan imtina etməsi onun Benzema ilə münasibətlərinə təsir etməyəcək, onların dostluğu təhlükə altında deyil.

Aut.az

Exit mobile version