AUT.AZ

İrandakı etirazçıları dəstəklədi – Sərdar

Leverkuzen  “Bayer”inin hücumçusu Sərdar Azmun vətəni İranda baş verən hadisələrə münasibət bildirib.

Aut.az xəbər verir ki, Azmun hökumət əleyhinə keçirilən etiraz aksiyalarına dəstək verib. O, sosial şəbəkədə belə yazıb:

“Vətənimin qızları, vətənimin igid qadınları! Ümid edirəm ki, nə vaxtsa bütün dünya sizə hörmət edəcək”.

Bu yaxınlarda İranda Məhsa Əmini öldürülüb. Əxlaq Polisi onu  hicab taxmadığı üçün saxlayıb. Polis bölməsində vəziyyəti pisləşən qız xəstəxanada ölüb. Bundan sonra ölkəni hökumət əleyhinə etirazlar bürüyüb.

Etirazçılara “Napoli”nin baş məşqçisi Luçano Spaletti də dəstək verib. O, mətbuat konfransına gül gətirərək, bunun Məhsa üçün olduğunu bildirib.

Aut.az

Exit mobile version