AUT.AZ

ÇL-də ən sürətli het-trik

“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqası tarixində ən sürətli het-trikə imza atıb.

Aut.az xəbər verir ki, misirli futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Reyncers”lə matçda (7:1) üç qol vurub. O, 6 dəqiqə 12 saniyə ərzində fərqlənib. Hər dəfə də ona Dioqo Jota ötürmə edib.

Bundan əvvəlki rekord 2011-ci ildə Zaqreb “Dinamo”suna 8 dəqiqə ərzində üç qol vuran “Lion”un futbolçusu Bafetimbi Qomisə məxsus idi.

Salah ÇL-in cari mövsümündə 4 oyunda 5 qol vurub.

Aut.az

Exit mobile version