AUT.AZ

Cavab, yoxsa…

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Avropa Liqasında qarşılaşacaqları  “Bodo-Qlimt”lə oyundan öncə keçirilən mətbuat konfransında “Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanqın tənqidlərini şərh edib.

Aut.az xəbər verir ki, Artetanın cavabını aşırı diplomatik hesab etmək olar:

“İnsanlar uyğun bildikləri məsələləri müzakirə etməkdə azaddırlar”.

O, “Arsenal”ın paltardəyişmə otağındakı ab-havadan da danışıb:

“Fenomenal ab-hava var. Heç vaxt bundan yaxşı durumla üzləşməmişəm. Texniki heyət və oyunçularla əla münasibətim var. Hamımız işə hazırıq. Bir məşqçi kimi bu işin bir parçası olmaq mənə böyük zövq verir”.

Xatırladaq ki, Obameyanq “Arteta böyük oyunçularla, böyük şəxsiyyətlərlə necə davranacağını bilmir” demişdi.

Aut.az

Exit mobile version