AUT.AZ

Cəzalanacaqlar – Bu ölkə ilə oynamaq istəməyənlər

Avro-2024-ün seçmə mərhələsində Kosova yığması ilə oynamaqdan imtina edən ölkələr cəzalanacaqlar.  

Aut.az xəbər verir ki, bu barədə UEFA-dan bildirilib. Məsələ burasındadır ki, Kosova Avro-2024-ün seçmə mərhələsində Andorra, Belarus, İsrail, Rumıniya və İsveçrə ilə bir qrupa düşüb. Rumıniya və Belarus Kosovanın müstəqilliyini tanımır. Püşkatmanın ertəsi günü Rumıniya mətbuatı bildirib ki, ölkənin futbol federasiyası Kosova ilə oyunların şərtlərini aydınlaşdırmaq üçün hökumətlə dialoq aparacaq.

Mətbuatın sorğusuna cavab olaraq UEFA-dan qəti şəkildə bildirilib ki, Kosova ilə oynamaqdan imtina edən ölkə qaydalara uyğun olaraq cəzalandırılacaq.

Aut.az

Exit mobile version