Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
Aut.Az xəbər verir ki, Türkiyənin turnirdəki təmsilçilərindən “Başakşehir” bu tur pley-off vəsiqəni təmin edə bilər. Bunun üçün İstanbul təmsilçisi evdə Latviyanın RFŞ komandasına qalib gəlməli, eyni zamanda, “Fiorentina”nın evdə Şotlandiya “Harts”ını məğlub etməsini gözləməlidir.
“Başakşehir”lə yanaşı, daha 4 komanda vaxtından əvvəl 1/8 finala adlaya bilər. B qrupunda İngiltərə “Vest Hem”i Belçika “Anderlext”ini yenəcəyi halda adını növbəti raunda yazdıracaq. C qrupunda İspaniya “Vilyarreal”ı pley-offa çıxmaq üçün Avstriyada “Austriya” (Vyana) klubunu məğlubiyyətə uğratmalıdır. E qrupunda isə Niderlandın “AZ Alkmaar” komandası Kiprdə “Apollon”a qalib gəlsə, qrupdan çıxmağl təmin edəcək. Nəhayət, F qrupunda İsveç “Yurqorden”i pley-offun bir addımlığındadır. Bunun üçün komanda evdə Belçika “Gent”ini üstələyib, Norveç “Molde”sinin İrlandiyada “Şemrok Rovers” üzərində qələbə qazanmasına ümid etməlidir.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, IV tur
13 oktyabr
A qrupu
20:45. “Başakşehir” (Türkiyə) – RFŞ (Latviya)
20:45. “Fiorentina” (İtaliya) – “Harts” (Şotlandiya)
Xal durumu: “Başakşehir” – 7, “Fiorentina” – 4, “Harts” – 3, RFŞ – 2.
B qrupu
23:00. “Styaua” (Rumıniya) – “Silkeborq” (Danimarka)
23:00. “Vest Hem” (İngiltərə) – “Anderlext” (Belçika)
Xal durumu: “Vest Hem” – 9, “Anderlext” – 4, “Silkeborq” – 3, “Styaua” – 1.
C qrupu
20:45. “Austriya” (Vyana, Avstriya) – “Vilyarreal” (İspaniya)
23:00. “Hapoel” (Ber-Şeva, İsrail) – “Lex” (Polşa)
Xal durumu: “Vilyarreal” – 9, “Lex” – 4, “Hapoel” – 2, “Austriya” – 1
D qrupu
20:45. “Partizan” (Serbiya) – “Köln” (Almaniya)
23:00. “Nitsa” (Fransa) – “Slovaçko” (Çexiya)
Xal durumu: “Partizan” – 5, “Nitsa” – 5, “Köln” – 4, “Slovaçko” – 1
E qrupu
20:45. “Apollon” (Limassol, Kipr) – “AZ Alkmaar” (Niderland)
23:00. “Vaduts” (Lixtenşteyn) – “Dnepr-1” (Ukrayna)
Xal durumu: “AZ Alkmaar” – 9, “Dnipro” – 4, “Vaduts” – 2, “Apollon” – 1
F qrupu
20:45. “Yurqorden” (İsveç) – “Gent” (Belçika)
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Molde” (Norveç)
Xal durumu: “Yurqorden” – 7, “Molde” – 4, “Gent” – 4, “Şemrok Rovers” 1
G qrupu
20:45. ÇFR (Rumıniya) – “Slaviya” (Praqa, Çexiya)
23:00. “Balkani” (Kosovo) – “Sivasspor” (Türkiyə)
Xal durumu: “Balkani” – 4, “Sivasspor” – 4, “Slaviya” – 4, ÇFR – 4
H qrupu
20:45. “Slovan” (Bratislava, Slovakiya) – “Bazel” (İsveçrə)
23:00. “Jalgiris” (Litva) – “Pünik” (Ermənistan)
Xal durumu: “Bazel” – 6, “Pünik” – 6, “Slovan” – 4, “Jalgiris” – 1