AUT.AZ

“Axmaq” sözünün cəzası

Fransa Peşəkar Futbol Liqasının (LFP) intizam komissiyası PSJ-nin müdafiəçisi Serxio Ramosu cəzalandırıb.

Aut.az xəbər verir ki, Ramos Fransa çempionatının 10-cu turunun “Reyms”lə oyununda (0:0) qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. İddialara görə, o, hakimi də təhqir etmiş, ona “axmaq” demişdi.

Futbolçu, biri şərti olmaqla 3 oyunluq cəzalanıb.

Beləliklə, Ramos “Marsel” və “Ayaçço” ilə görüşləri buraxacaq.

Aut.az

Exit mobile version