AUT.AZ

İlk gün salam verib, zarafat edib, səhəri gün isə…

PSJ-in  əməkdaşlarından biri anonim müsahibə verərək komandanın hücumçusu Kilian Mbappenin davranışındakı dəyişiklikdən danışıb.

Aut.az xəbər verir ki, o, cari mövsümün əvvəlindən Kilianın əhval-ruhiyyəsinin tamamilə dəyişdiyini bildirib:

“Mbappe ilk gün təlim-məşq toplanışına gələrkən hamıya gülümsədi, zarafat etdi, hər kəsə salam verdi. Ancaq ertəsi gün qanıqara görünürdü. Heç kimlə danışmadı, salamlaşmadı. O vaxtdan onun əhvalı belədir”.

Bir müddət əvvəl yayılan məlumatda bildirilir ki, Mbappe PSJ rəhbərliyinin verdiyi vədləri yerinə yetirməməsindən narazı qalıb və qışda komandanı tərk etməyi planlaşdırır.

Aut.az

Exit mobile version