AUT.AZ

40 yaşında maşın sürəcəyini təsəvvür etmir

“Red Bull” pilotu Maks Ferstappen Formula 1-dəki gələcəyindən danışıb.

Aut.az xəbər verir ki, Maks karyerasını nə vaxt bitirəcəyinə də müəyyən mənada aydınlıq gətirib:

“Nə vaxta qədər hökmranlıq edə bilərəm? Bu, uzun müddət davam edə bilər, amma 40 yaşında maşın sürəcəyimi təsəvvür edə bilmirəm. Çünki başqa işlər də görmək istəyirəm”.

Xatırladaq ki, bir müddət əvvəl Ferstappen ardıcıl ikinci dəfə ümumi sıralamada qalib gələrək ikiqat dünya çempionu olub.

Aut.az

Exit mobile version