AUT.AZ

Ulduzlar ondan narazıdırlar – 3 səbəb var

“Bavariya”nın futbolçuları arasında komandanın baş məşqçisi Yulian Naqelsmandan narazılıq artır.

Aut.az “Sport Bild”ə istinadən xəbər verir ki, məşqçidən narazılığın üç əsas səbəbi var.

Bunlardan birincisi uğursuz oyunlarda məşqçinin düzgün  qərarlarının olmamasıdır. Məsələn, futbolçular Bundesliqanın 9-cu turunda Dortmund “Borussiya”sı ilə matçda Naqelsmanın oyuna müdaxilə edə bilməməyini əsas gətirirlər.

İkincisi isə heyətin rotasiyası və əvəzetmələr zamanı yaranan  suallardır. Bildirilir ki, çalışdırıcı “İnter”lə görüşdə Camal Musiala start heyətində yer vəd etsə də, sonda 19 yaşlı almaniyalını ehtiyat oyunçular skamyasında saxlayıb. “Bavariya”nın yarımmüdafiəçisi məşqçinin qərarı ilə razılaşsa da, Münhen klubunun rəhbərlərinə məyus olduğunu bildirib.

Sonuncu səbəb isə gənc məşqçinin davranışıdır. Naqelsman tənqidlərdən sonra geyim tərzini dəyişib. Lakin “Bavariya”nın ulduzları iddia edirlər ki, mütəxəssisin oyunlar zamanı komandanı motivasiya etməsi qənaətbəxş deyil.

“Bavariya” cari mövsümdə 9 oyunda 4 qələbə qazanıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bu, son 12 ildə ən pis göstəricidir.

Aut.az

Exit mobile version