AUT.AZ

Ruhdan düşmüş “Yuve” görüb – Kapello

“Yuventus”un sabiq baş məşqçisi Fabio Kapello Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Turin klubunun səfərdə “Makkabi”yə uduzmasını (0:2) şərh edib.

Aut.az xəbər verir ki, Kapello UEFA-nın rəsmi saytına danışıb. O, “Yuve”nin komanda təsiri bağışlamadığını bildirib:

“Mən ruhdan düşmüş “Yuventus” gördüm. İlk altı dəqiqədə “Makkabi”nin üç şansı oldu. “Yuventus”un hücumçuları tam təcrid olunmuşdular. Onlar komanda şəklində oynamırdılar”.

Aut.az

Exit mobile version