AUT.AZ

Qvardiola “Siti” ilə ÇL-i niyə qazana bilmir?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “şəhərlilər”in  niyə onun rəhbərliyi altında hələ də Çempionlar Liqasını qazana bilməməsindən danışıb.

Aut.az xəbər verir ki, Pep bu suala qeyri-adi cavab verib. O, əsas maneənin “Real” olduğunu bildirib:

“Səbəb çox sadədir: Madrid “Real”ı. Çempionlar Liqasını qazanmaq istərdim. Bu, bizim nail ola biləcəyimiz məqsəddir. Rəqiblərimizin nə qədər güclü, bu turnirin nə qədər çətin olduğunu bilirəm. Bunu dəfələrlə demişəm, amma ola bilsin ki, insanlar mənə inanmırlar və ya bəhanə gətirdiyimi düşünürlər, amma mən Çempionlar Liqasını qazanmaq üçün “Mançester Siti”yə gəlməmişəm.

Bu turnirin qalibi olmaq istəyən birinci mənəm, lakin Münhendə də eyni şey oldu. “Barselona” ilə iki dəfə Çempionlar Liqasını qazandıq, amma mən dörd kuboku götürmək istəyirdim. Məşqçi olaraq hər mövsüm Çempionlar Liqasını qazanmaq istərdim. Amma qalib gələ bilməyəndə də özümü uğursuz hesab etmirəm”.

Aut.az

Exit mobile version